Niderlandda Qəzzada həlak olan uşaqların xatirəsinə unikial sərgi: minlərlə ayaqqabı - VİDEO
Bizi izləyin

Dünya

Niderlandda Qəzzada həlak olan uşaqların xatirəsinə unikial sərgi: minlərlə ayaqqabı - VİDEO

Niderlandın Utrext şəhərindəki Vredenburq meydanında İsrailin Qəzzaya hücumlarında həyatını itirən fələstinli uşaqlara diqqət çəkmək üçün təxminən 14 min uşaq ayaqqabısı sərgilənib.

Publika.az “NL Times”a istinadən xəbər verir ki, aksiya Niderland mərkəzli "Zeytun Ağacı Əkmək Fondu" tərəfindən təşkil edilib.

Aksiya zamanı meydanda qoyulan ayaqqabılara hər on dəqiqədən bir yeniləri əlavə edilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) verdiyi açıqlamada İsrailin hücumları altında Qəzza zolağının şimalında kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqların sayının bir ayda iki dəfə artdığını bildirib.

Həmin görüntüləri təqdim edirik:

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm