Etiraf etdi: Vaxtaşırı depressiyaya düşür, dərman qəbul edir
Bizi izləyin

Dünya

Etiraf etdi: Vaxtaşırı depressiyaya düşür, dərman qəbul edir

Amerikalı sahibkar İlon Mask vaxtaşırı depressiyadan əziyyət çəkdiyini və həb qəbul etdiyini bildirib.

Publika.az xəbər verir ki, onun sözlərini CNN kanalı sitat gətirib. Blogger Don Lemonla müsahibəsində Mask etiraf edib ki, bəzən onun beynində depressiyaya bənzər mənfi kimyəvi vəziyyət yaranır. "Yaxud heç bir mənfi xəbərlə əlaqəli olmayan depressiya", - sahibkar bildirib.

Mask əlavə edib ki, iş günü 16 saat olduğu üçün bu hissi aradan qaldırmaq naminə dərman qəbul edir. Onun sözlərinə görə, uzun müddət dəqiq düşünə bilməyən vəziyyətdə qala bilməz.

Kanalın özü qeyd edib ki, Mask depressiyasını anadangəlmə hesab edir və dərman qəbul etməsi onun şirkətlərinə, onların dövlət müqavilələrinə təsir etməyəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm