Rusiya “demoqrafik çökəklik”də - Son 17 ildə ən aşağı göstərici
Bizi izləyin

Dünya

Rusiya “demoqrafik çökəklik”də - Son 17 ildə ən aşağı göstərici

Rusiyada doğum səviyyəsi azalmaqda davam edir.

Publika.az xəbər verir ki, rəsmi statistika xidməti “Rosstat” 2023-cü ildə hər qadına düşən uşaq sayının 1,41-ə düşəcəyini açıqlayıb.

“RBC” qəzeti bu rəqəmin son 17 ilin ən aşağı göstəricisi olduğunu yazıb. Əhali üzrə ekspertlər sayların azalmasını “demoqrafik çökəklik” adlanan fenomenlə izah edirlər.

Ölkədə bir qadına düşən uşaq sayı 1999-cu ildən 2015-ci ilə qədər artdıqdan sonra yenidən azalmağa başlayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm