Bu ölkə Rusiyanın maliyyələşdirdiyi “təbliğat şəbəkəsini” ifşa etdi
Bizi izləyin

Dünya

Bu ölkə Rusiyanın maliyyələşdirdiyi “təbliğat şəbəkəsini” ifşa etdi

“Rusiya tərəfindən maliyyələşdirilən “Avropanın səsi” xəbər saytının Avropa İttifaqının (Aİ) və ölkənin təhlükəsizliyinə qarşı ciddi fəaliyyətlə məşğul olması Çex kəşfiyyatı tərəfindən müəyyən edilib”.

Publika.az xəbər verir ki, bu sözləri Çexiyanın baş naziri Petr Fiala deyib.

O, qərargahı Praqada yerləşən Rusiya tərəfindən maliyyələşdirilən təbliğat şəbəkəsinin ifşa edildiyini açıqlayıb:

“Sözügedən xəbər saytı təbliğat şəbəkəsidir. Bu təşkilat Aİ daxilində Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı fəaliyyətlə məşğuldur. Bu hadisələrin ardınca rusiyalı siyasətçi və iş adamı Viktor Medvedçuk, siyasətçi və media prodüseri Artyom Marçevski, eləcə də “Avropanın Səsi” xəbər saytı sanksiya siyahısına daxil edilib”.

Bu arada Çexiyanın "Denik N" qəzeti Xarici İşlər Nazirliyinə əsaslanan xəbərində bildirib ki, sözügedən xəbər saytı Almaniya, Niderlan, Belçika, Türkiyə kimi ölkələrdə aktiv siyasətçilərin pul müqabilində Ukrayna əleyhinə bəyanatlar verməsinə nail olub.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm