Nida Xəbər
Laçının Sus kəndinə ilk köç olacaq - PÜŞK ATILDI
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.
Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın rayonunun Sus kəndinə yola salınmasına başlanacaqdır.
-
Dünya16:36
Qələbə Paradında hərbçinin ayaqqabısı çıxdı - Qırmızı Meydandan VİDEO
-
Nida Xəbər 16:04
Vilayət Eyvazov əmr imzaladı
-
İqtisadi gündəm14:46
Sənədsiz evi olanlara ŞAD XƏBƏR - Bu tarixdən “kupça” veriləcək
-
Magazin114:18
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - Sağalsa da...
-
MDB13:35
Bu milyarderlərin sərvətləri təhlükədə: təcili hərəkətə keçdilər
-
Art13:17
Bu məşhurlara Prezident mükafatı veriləcək - Sərəncam
-
Cənubi Qafqaz12:38
Paşinyan xəbərdarlıq etmişdi - Sarkisyan ölkədən "qaçdı"
-
Rəsmi xronika11:24
İlham Əliyev sərəncam imzaladı