Rusiya qalib gəlsə, ən çox uduzan bu ölkə olacaq - General
Bizi izləyin

Dünya

Rusiya qalib gəlsə, ən çox uduzan bu ölkə olacaq - General

Rusiya Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə ən çox uduzan Almaniya olacaq.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hoces “BBC Ukrayna”ya bildirib.

“Rusların nə edə biləcəyini düşünməyə çox vaxt sərf edirik. Bunun əvəzinə biz onları nə edə biləcəyimizlə narahat etməliyik”, - general deyib.

O bildirib ki, Berlinin özünə inamı məhv ola və Rusiyanın nüvə təhlükəsinə məruz qala bilər.

“Rusiyanın Baltikyanı ölkələri və ya Polşanı işğal etməsi Qərbi oyandıracaqmı?” sualını cavablandıran ABŞ komandiri “Biz yatırıq, 2008-ci ildə ruslar Gürcüstanı işğal edəndən bəri yuxu görürük” deyib.

Ağ Evin Ukraynadan Rusiya neft obyektlərinə hücumu dayandırması tələbini tənqid edən Hoces bildirib ki, “Ukraynalılar buna məhəl qoymamalıdırlar. Neft obyektləri qanuni hədəflərdir”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm