Dünya şöhrətli rejissordan ikibaşlı qınaq: Qəzzada öldürülən...
Bizi izləyin

Dünya

Dünya şöhrətli rejissordan ikibaşlı qınaq: Qəzzada öldürülən...

Dünya şöhrətli amerikalı rejissor Stiven Spilberq ABŞ-dakı “USC Shoah” Fondunda çıxışında marjinallaşma, ekstremizm və radikallığın cəmiyyətlər arasında təhlükəli uçurum yaratdığını bildirib.

Publika.az xəbər verir ki, Spilberq sui-qəsd nəzəriyyələrinin və cəhalətin səbəb olduğu siyasi zorakılığın dayandırılmasının həyati əhəmiyyət daşıdığını, keçmişdən dərs alınmasının vacibliyini vurğulayıb.

“Keçmişi xatırlamayanlar onu təkrarlamağa məhkumdurlar. Tarixin təkrarına məruz qala biləcəyimiz vəhşilik və zülm qarşısında bir daha yəhudi olmaq haqqımız üçün mübarizə aparmalı ola bilərik. Mən bunun üçün getdikcə daha çox narahat oluram”, - rejissor deyib.

Spilberq əlavə edib: “Biz 7 oktyabrda törədilən iyrənc hərəkətlərə qəzəblənə, eyni zamanda Qəzzada günahsız qadın və uşaqların öldürülməsini pisləyə bilərik”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm