İsrailin Qəzzada "Dəmir Qübbə"si görüntüləndi - FOTO
Bizi izləyin

Dünya

İsrailin Qəzzada "Dəmir Qübbə"si görüntüləndi - FOTO

Qəzza zolağı ətrafında İsrail ordusuna məxsus “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin batareyası görüntülənib.

Publika.az xəbər verir ki, İsrail ordusu mediatur zamanı İrandan İsrailə pilotsuz təyyarə və raket hücumlarında istifadə edilən “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini sərgiləyib.

İsrail ordusunun sözçüsü Doron Qaviş İrandan gələn ballistik raket və qanadlı raket hücumunun İsrail hava məkanından kənarda tutulduğunu bildirib.

Qaviş İrandan atılan sursatlara qarşı İsrailin müdafiəsində ABŞ başda olmaqla bir çox ölkənin birlikdə hərəkət etdiyini, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu hücumların qarşısının alınmasında tam əməkdaşlıq etdiyini vurğulayıb.

Son zamanlar İsrailin müdafiə sənayesi ixracatında önə çıxan "Dəmir Qübbə", “David's Sling”, "Arrow-3" kimi hava hücumu və raketdən müdafiə sistemləri ABŞ ilə birgə istehsal edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm