İstanbulda terror təşkilatının məsul şəxslərindən biri saxlanıldı
Bizi izləyin

Dünya

İstanbulda terror təşkilatının məsul şəxslərindən biri saxlanıldı

Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul polisinin birgə əməliyyatı ilə “DHKP-C” terror təşkilatının məsul şəxsi olduğu iddia edilən Fehmi Oral Meşe İstanbul hava limanına enən təyyarədə saxlanılıb.

Publika.az xəbər verir ki, MİT Fehmi Oral Meşenin İstanbula gələcəyini müəyyən edib. Bundan sonra İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları ölkəyə girməyə hazırlaşan Meşenin tutulması üçün əməliyyata başlayıb.

Şübhəlinin 2016-cı ildə Tuncelidə hüquq-mühafizə qüvvələri ilə münaqişə nəticəsində ölü olaraq yaxalanan təşkilat üzvü Oğuz Meşenin qardaşı olduğu müəyyən edilib.

O, icazəsiz təhlükəli maddələr saxlamaq cinayətinə görə 4 il 2 ay, lisenziyasız odlu silah və güllələr almaq, gəzdirmək və ya saxlamaq cinayətinə görə 2 il 6 ay, əşya oğurluğu cinayətindən 3 il 9 ay, cəm olaraq, 3 ayrı cinayətdən 10 il 5 ay həbs cəzasına məhkum edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm