İspaniyadan Avropa İttifaqına ittiham: Riyakarlığınız öldürür
Bizi izləyin

Dünya

İspaniyadan Avropa İttifaqına ittiham: Riyakarlığınız öldürür

İspaniyanın müxalif ifrat solçu “Podemos” partiyasının lideri İone Belarra İsrailə hücum səbəbilə İrana qarşı yeni sanksiyalar tətbiq etmək istəyən Avropa İttifaqını ittiham edib.

Publika.az xəbər verir ki, İspaniyada Qəzzaya hücumlara görə İsraili ən çox tənqid edən siyasi partiya olan “Podemos”un lideri Belarra İsrailin Qəzzaya hücumu zamanı “World Central Kitchen” mülki yardım təşkilatının 7 əməkdaşının öldürüldüyünü xatrladıb. O, “X” hesabında yazıb:

“Aİ İsrailə hücumlarına görə İrana qarşı sanksiyalar tətbiq edəcək. Eyni Aİ 30 mindən çox günahsız qurbandan sonra da Netanyahuya qarşı heç bir sanksiya tətbiq edə bilmədi. Avropa riyakarlıqla belə öldürür.

İnsanların gözlərini açmağa və çoxumuzun 6 aydır gördüklərimizi görməyə başlaması üçün Avstriya, Britaniya pasportu olan insanların öldürülməsi çox acınacaqlı və dərin irqçi bir vəziyyətdir. 6 aydır dinc əhalinin üzərinə bombalar yağdırırlar. 6 aydır ki, milləti aclıqdan öldürürlər. Görürük ki, İsrail bütün qırmızı xətləri qırır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm