Qondarma respublikalar diplomatik əlaqələr qurur
Bizi izləyin

Dünya

Qondarma respublikalar diplomatik əlaqələr qurur

Qondarma Cənubi Osetiya Respublikasının prezidenti Leonid Tibilov televiziyada çıxış edərkən qondarma Donetsk və Luqansk Xalq respublikaları ilə diplomatik əlaqə yaratdıqlarını deyib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Leonid Tibilov “Cənubi Osetiya xalqı da vaxtilə Donbas əhalisinin seçdiyi yol ilə gedib. Biz müharibənin dəhşətlərini öz gözlərimizlə görmüşük. Odur ki, bizə kömək üçün müraciər edən, müstəqilliklərini tanımamızı xahiş edənlərə yox deyə bilmərik” deyib.

Tibilov həmçinin əlavə edib ki, xarici işlər nazirliyinə bu respublikalarla diplomatik əlaqələrin tez bir zamanda qurulmasını tapşırıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm