Separatçılar çörək kartlarının tətbiqinə başladı
Bizi izləyin

Dünya

Separatçılar çörək kartlarının tətbiqinə başladı

Separatçıların nəzarətində olan “xalq respublikaları”nda humanitar vəziyyət getdikcə pisləşir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, rusiyalı jurnalist Pavel Pryanikov vilayətin Pervomaysk rayonunda çörək kartlarının tətbiq olunduğunu bildirib.

Jurnalist öz mənbələrinə istinadən rayonda gün ərzində adambaşı 200 qram çörək verildiyini deyib.

Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatı (BMT) da Ukraynanın şərqində humanitar vəziyyət getdikcə pisləşdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, bölgədəki enerji və su təchizatı qıtlığı səhiyyə işçlərinin də ərazini tərk etməsinə səbəb olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm