Dünya
Yeni dövlət qurulur: Plan Putinə və Əsədə təqdim olundu - XƏRİTƏ
Qərb ölkələrindən silah yardımı alan PKK-nın Suriya qolu qondarma yerli seçkilər vasitəsilə muxtariyyət əldə etməyə çalışır. Sərhədlərini ABŞ-ın təyin etdiyi PKK dövlət kimi təsdiq olunmaq üçün artıq Rusiyaya və Bəşər Əsədə təqdim edilib.
Publika.az xəbər verir ki, mayın 30-da keçiriləcəyi elan edilən seçki iyunun 11-nə təxirə salınıb.
Qurulması planlaşdırılan yeni dövlətin xəritəsi Fəratın qərbindəki Mənbicdən başlayır, Afrin və Tel Rıfatı əhatə edir. İki mərhələli dövlət bəyannaməsinə görə, ikinci addım Təlabaninin İraq Kürdüstanından ayrılması və Süleymaniyyədə yerləşən federasiya dövləti elan etməsi olacaq. Qondarma parlament seçkilərindən sonra İsrail və Avropa ölkələri simvolik nümayəndəliklər açacaq və bu süni dövlətin qismən tanınması mərhələsi başlayacaq.
İsveçrədə PKK-nın xarici əlaqələr şəbəkəsi üçün mərkəz yaradılıb. Qərblə bütün əlaqələr bu mərkəz vasitəsilə həyata keçiriləcək. Bölünmüş terror dövləti həmsədrlik sistemi ilə idarə olunacaq. Terrorun mərkəzi olan Qəndil bütün bu prosesi və adları müəyyən edən əsas mərkəz olmağa davam edəcək.
12 Qərb ölkəsi keçiriləcək seçkilər üçün PKK-ya hərtərəfli dəstək verir. Qərbin dəstəyini alan PKK Rusiyanın dəstəyinə böyük əhəmiyyət verir və bunun üçün Moskva ilə isti təmas yolları axtarır.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bölgədə intensivləşdirdiyi son hərbi əməliyyatlar səbəbindən proseslər tez-tez təxirə salınıb.
Roza Şəfiyeva
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO