Kadırovdan açıqlama: “Ömər Əl-Şişani məhv edildi”
Bizi izləyin

Dünya

Kadırovdan açıqlama: “Ömər Əl-Şişani məhv edildi”

İŞİD terror qruplaşmasının liderlərindən olan “çeçen” ləqəbli Ömər Əl-Şişani məhv edilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “İnstaqram” səhifəsində yazıb.

“Rusiya və çeçen xalqını hədələyən, müsəlmanların qanını axıdan hər bir kəsin sonu belə olacaq”, - deyə Kadırov “İnstaqram” səhifəsində öldürülmüş ekstremistin şəklinin altında yazıb.

Xatırladaq ki, əsl adı Tarxan Batarişvili olan Ömər Əl-Şişani Çeçenistan Respublikasına qarşı müharibəyə başlayacağına söz verib. ABŞ-ın "Beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan liderinin başına pul qoymuşdu.

Əl-Şişani bu ilin sentyabrında internetdə yayılan bir videoçarxda “Allahın mərhəməti” ilə Qafqazı, o cümlədən bütün Qafqazı “azad edəcəyi”ni bildirmişdi. R.Kadırov isə cavabında Rusiyanın, konkret olaraq Çeçenistan Respublikasının bütün düşmənlərini cəhənnəmə göndərəcəyinə söz vermişdi.

Suriyaya gəldikdən sonra Əbu Ömər əl-Şişani adını alan “Çeçen” 1986-ci ildə Gürcüstanda doğulub. Şişani İŞİD-in Suriyadakı komandiri olaraq tanınır. Onun İŞİD-in Kobani əməliyyatına rəhbərlik etdiyi iddia olunurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm