Şimali Makedoniyada seçkinin qalibi bəlli oldu
Bizi izləyin

Dünya

Şimali Makedoniyada seçkinin qalibi bəlli oldu

Şimali Makedoniyada dünən keçirilən prezident seçkilərdə ana müxalifət partiyası VMRO DPMNE-nin rəhbərlik etdiyi “Sənin Makedoniyan” koalisiyası qalib gəlib. Koalisiya 415 min 669 səs (43,10 faiz) toplayıb və 58 mandat qazanıb.

Publika.az xəbər verir ki, VMRO-DPMNE lideri Hristijan Mickoski seçkilərin nəticələri açıqlandıqdan sonra mətbuat konfransında bildirib ki, Makedoniyada ilk 100 gündə vətəndaşlar və iqtisadiyyat üçün dəyişikliklər olacaq.
Mickoski onlara səs verən hər kəsə təşəkkür edib.

Ümumilikdə 120 deputatın seçildiyi parlamentdə təkbaşına hökumət qurmaq üçün lazım olan 61 yeri ala bilməyən VMRO DPMNE-nin koalisiya üçün Alban müxalifəti VLEN ilə masa arxasına oturacağı gözlənilir.

Serbiya prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban nəticələr elan edildikdən sonra prezident seçilən Qordana Silyanovks-Davkovanı təbrik edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm