Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı
Bizi izləyin

Dünya

Daha bir ölkə Fələstinin müstəqilliyini tanıdı

Norveç Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

Publika.az xəbər verir ki, bu barədə hökumətin saytı məlumat yayıb.

Baş nazir Yonas Qar Störe bəyan edib ki, hökumət Norveçin Fələstin dövlətini tanıması barədə qərar qəbul edib. Qərar mayın 28-də qüvvəyə minəcək.

Störe vurğulayıb ki, iki dövlətli həll münaqişənin yatırılması üçün çıxış yolu tapa bilər ki, bu da öz növbəsində həm israillilər, həm də fələstinlilər üçün təhlükəsiz bir ev təmin edə bilər.

Xatırladaq ki, bundan əvvəl "Politico" nəşri İrlandiya və daha iki Avropa ölkəsinin Fələstini rəsmən tanımağa hazırlaşdığını bildirmişdi. Norveçin də onlardan biri ola biləcəyi qeyd edilmişdi.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm