Tramp Baydeni geridə qoymağı bacardı - 100 milyon dollarlıq...
Bizi izləyin

ABŞ

Tramp Baydeni geridə qoymağı bacardı - 100 milyon dollarlıq...

Ona qarşı açılan məhkəmələrə görə maliyyə problemləri yaşayan sabiq ABŞ prezidenti Donald Tramp seçki kampaniyası ianələrində rəqibi Co Baydeni geridə qoymağı bacarıb.

Publika.az xəbər verir ki, respublikaçı namizəd Tramp may ayında 141 milyon dollar ianə alıb. Demokrat Baydenin kampaniyasına ianələr 85 milyon dollar olaraq qalıb.

Aprelin əvvəlində Baydendən 100 milyon dollar geridə qalan Tramp iki ay ərzində nağd pul fərqini dəyişib. May ayında mühafizəkar milyarder Timoti Mellondan 50 milyon dollar ianə alan və ümumi məbləği 116 milyon dollara yüksəldən Trampın kampaniyası 91 milyon dollar ianə alan Baydeni geridə qoyub. Digər tərəfdən, iki rəqib arasında gələn həftə keçirilməsi gözlənilən canlı televiziya debatının təfərrüatları da açıqlanıb.

İyunun 27-də “CNN”də yayımlanacaq debatda namizədlərin ekranın hansı küncündə olacaqları və yekun çıxışlarının sırası müəyyən ediləcək. Nəticələrə görə, ekranın solunda Tramp, sağında isə Bayden olacaq. Bayden ilk yekun nitqini edəcək, Tramp isə son sözünü deyəcək.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm