ABŞ-ın strateji bombardmançı təyyarələri Avropanı tərk etdi
Bizi izləyin

ABŞ

ABŞ-ın strateji bombardmançı təyyarələri Avropanı tərk etdi

Dörd "B-52H Stratofortress" strateji bombardmançıdan ibarət qrup Böyük Britaniyada bir ay qaldıqdan sonra ABŞ-nin Maynot şəhərindəki daimi bazasına qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı bildirib.

Məlumata əsasən, nüvə silahını daşıyan bilən təyyarələr may ayının sonunda İngiltərədəki Ferford aviabazasına "müntəzəm bombardmançı qrupların yerləşdirilməsi" üçün köçürülüb.

Bildirilib ki, Avropada "B-52" bombardmançı təyyarələri Baltik dənizi də daxil olmaqla Britaniya, İsveç, Fransa, Polşa və Almaniya döyüş təyyarələri ilə qarşılıqlı uçuşlar həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm