Dünya
Gürcüstanda nazirliklərdə total yoxlamalar
Gürcüstan Dövlət Audit Xidməti Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyində maliyyə pozuntuları aşkarlayıb.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş auditoru Laşa Tordiya bildirib.
“Daha ciddi maliyyə pozuntuları digərlərlə müqayisədə daha böyük büdcəyə malik olan qurumlarda aşkarlanıb. Bunlar Müdafiə, Səhiyyə və Daxili İşlər nazirlikləridir. Bu qurumlarda yoxlamaların miqyası da böyükdür. Çünki bu qurumlarda böyük miqdarda alınmalar və başqa maliyyə əməliyyatları həyata keçirilib”, - deyə L.Tordiya deyib.
Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir. İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə “Silknet” şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər.
Müdafiə Nazirliyi ilə bağlı ikinci cinayət işi hərbi qulluqçularının kütləvi zəhərlənməsi ilə bağlıdır. İttihamlar Müdafiə Nazirliyi və şirkət-təchizatçının hər birinin üç əməkdaşına qarşı irəli sürülüb.
Qeyd edək ki, keçmiş müdafiə naziri İrakli Alasaniya baş nazir İrakli Qaribaşvili tərəfindən istefaya göndərildikdən sonra “Gürcü arzusu” koalisiyasını tərk edərək “Azad demokratlar” Partiyasının sədri seçilib. Bundan sonra isə onunla eyni partiyada təmsil olunan xarici işlər naziri Maya Pandcikidze də istefa verib.
Ömər Dağlı
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU