Dünya kimin tərəfində: Bayden, yoxsa Tramp? - SORĞU
Bizi izləyin

Dünya

Dünya kimin tərəfində: Bayden, yoxsa Tramp? - SORĞU

Bütün dünyada ABŞ-ın hazırkı prezidenti Co Baydenə inam ötən illə müqayisədə aşağı olsa da, Ağ Evdə prezidentliyə namizəd olan Donald Trampla müqayisədə xeyli yüksəkdir.

Publika.az xəbər verir ki, "Amerikanın səsi" "Pew" Araşdırma Mərkəzinin apardığı tədqiqatın nəticələrini yayıb.

Bildirilir ki, yanvarın 5-dən mayın 21-dək sorğuda ABŞ daxil olmaqla 34 ölkədən 40 566 nəfər iştirak edib.

Məlum olub ki, Baydenin beynəlxalq məsələlərdə etibarı 43%, Tramp üçün isə 28% təşkil edir.

24 ölkədə insanlar Baydenə Trampdan daha çox etibar etsə də, ABŞ-ın keçmiş prezidenti Macarıstan və Tunisdə liderlik edir, qalan 8 ölkədə isə Bayden və Trampın reytinqlərində ciddi fərq yoxdur. Hər iki lider Filippində ən yüksək etimad xallarını alıb - Bayden 77%, Tramp 68%.

Bununla belə, Baydenin reytinqi ötən illə müqayisədə pisləşib. 21 ölkədən 14-də Bayden 2023-cü illə müqayisədə bu il daha aşağı reytinq alıb.

Araşdırmaya görə, Baydenin reytinq göstəricilərinin aşağı düşməsi qismən Qəzzada İsrail-Həmas müharibəsi ilə bağlıdır. 34 ölkədə Baydenin müharibəni idarə etməsinə narazılıq edənlərin göstəricisi 57% təşkil edib. Onu da qeyd edək ki, sorğu Bayden müharibəni bitirmək təklifini açıqlamadan əvvəl aparılıb.

Məlumatlar həmçinin göstərir ki, sorğunun keçirildiyi bir neçə ölkədə kişilər qadınlara nisbətən Trampa daha çox güvənirlər. Hər iki siyasətçi üçün azalma tendensiyası, demokratiya modeli kimi ABŞ-a inamın azalması ilə uyğun gəlir.

Hesabatda qeyd edilir ki, sorğunun keçirildiyi ölkələrdə, 10 respondentdən dördü bir vaxtlar qlobal demokratiya nümunəsi olan Birləşmiş Ştatlarda vəziyyətin yaxşı olmadığını hesab edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm