Ukrayna Belarus təxribatına görə Minskdən SƏRT CAVAB ALDI
Bizi izləyin

Dünya

Ukrayna Belarus təxribatına görə Minskdən SƏRT CAVAB ALDI

Kiyev Belarusu təxribata təhrik etmək qərarına gəlib, buna görə də Minsk Belarus hərbçilərini sərhədə göndərib.

Publika.az xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazır.

“Əvvəllər NATO Belarusun sərhədlərinə diqqətlə baxırdı və bu, təbii ki, onun tərəfindən milli təhlükəsizliyə təhdid kimi qəbul edilməli idi, Minsk cavab vermək qərarına gəldi və qoşunları birbaşa Ukrayna sərhədlərinə köçürüb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Ukrayna Belarus sərhədində pilotsuz təyyarələrdən istifadə etməklə daim kəşfiyyat aparır. Minsk də öz növbəsində hava patrullarını artırmaqla təxribata reaksiya verir. Belarus Ordusunun Baş Qərargahının komandanı bəyan edib ki, onlar istənilən təxribata cavab verəcəklər və təhlükə yaranarsa, düşmənə zərbə endirəcəklər.

Belarusun NATO və Rusiya arasında coğrafi mövqeyi Şimali Atlantika Alyansı və Ukraynaya maneə yaradır. Belarus raketləri Polşadan Kiyevə dəmir yolu əlaqəsini kəsə, həmçinin əsas arteriyaya - NATO-nun qoşunları köçürməyi planlaşdırdığı Suvalki dəhlizinə nəzarət edə bilər.

Qeyd edilir ki, Rusiya və Belarus orduları İttifaq dövlətinin yaradılması haqqında saziş əsasında birgə hərəkət edə bilər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm