Bəşər Əsədin müşaviri xəstəxanada keçindi
Bizi izləyin

Dünya

Bəşər Əsədin müşaviri xəstəxanada keçindi

Suriya Prezidentinin müşaviri Luna əş-Şibl Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yerləşdirildiyi xəstəxanada ölüb.

Publika.az xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

İyulun 2-də əş-Şiblin olduğu avtomobil yoldan çıxaraq qəzaya düşüb. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

1975-ci il təvəllüdlü, ixtisasca jurnalist olan Şibl 2020-ci ildə Bəşər Əsədin müşaviri təyin edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm