Dünya
NATO-dan Kiyevə 40 milyardlıq yardım - Rusiya hansı reaksiyanı verəcək?
NATO ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro həcmində hərbi yardım göstərməyə razılaşıblar.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" Avropa diplomatik mənbəsinə istinadən xəbər yayıb.
Agentlik yazır ki, iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələrinin liderləri tərəfindən Ukraynanın hərbi maliyyələşdirmə öhdəliklərinə dair saziş imzalanacağı gözlənilir.
Bundan əvvəl "Bloomberg" yazmışdı ki, NATO ölkələri Ukraynanı maliyyələşdirmək üçün çoxillik öhdəliklər imzalamağa hazır deyil. Mübahisələr həm də Ukrayna münaqişəsinin sonrakı inkişafının anlaşılmaması səbəbindən yaranıb.
Rusiya əmindir ki, Ukraynaya silah tədarükü münaqişənin həllinə mane olur və NATO ölkələrini bu işə birbaşa cəlb edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya tərəfindən qanuni hədəf kimi qəbul ediləcək. Onun sözlərinə görə, ABŞ və NATO təkcə silah tədarük etmir, həm də Ukrayna hərbçilərini Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə hazırlayır ki, bu da münaqişədə birbaşa iştirakdır. Kreml dəfələrlə bəyan edib ki, Qərbdən silah tədarükü sülh danışıqlarına töhfə vermir.
Adəm Abbaslı
-
Magazin219:51Kadir İnanır vəfat etdi
-
Region19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi
-
Nida Xəbər 13:59Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu - FOTO































.jpg)