Nida Xəbər
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik: Vatikan nümayəndələri şoka düşdü - VİDEO
Vatikandan Azərbaycana gələn nümayəndə heyəti Əlyazmalar İnstitutunda saxlanılan dahi Azərbaycan şairi Nizami Gəncəvinin nadir əlyazması ilə tanış olub.
Publika.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qonaqlara Nizami Gəncəvinin vəfatından sonra günümüzə qədər gəlib çatan, XIV əsrə aid ən qədim əlyazmalardan birini nümayiş etdirib.
Lakin əlyazmanın təqdimatı zamanı diqqətçəkən məqam yaşanıb. Aakademik əlyazmanı vərəqləyərkən kifayət qədər ehtiyatlı davranmayıb. Bu isə qədim əlyazmaların qorunması qaydalarına xüsusi həssaslıqla yanaşan Vatikan nümayəndələrinin narazılığına səbəb olub.
Nümayəndə heyətinin üzvləri əvvəlcə əlyazmanın daha ehtiyatla və asta şəkildə vərəqlənməsini xahiş ediblər. Həmin xəbərdarlıqdan sonra da eyni davranış təkrarlanıb və qonaqlar bu məsələyə yenidən irad bildiriblər.
“Belə əlyazmaları çox ehtiyatla vərəqləmək və masanın üzərinə diqqətlə qoymaq lazımdır”, - deyə nümayəndə heyətinin üzvlərinin qeyd ediblər.
Daha sonra Vatikan nümayəndələri nadir əlyazmanı özləri xüsusi ehtiyat və həssaslıqla vərəqləyərək onunla tanış olublar.
Həmin görüntüləri təqdim edirik:
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































