Bu ölkə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv seçildi
Bizi izləyin

Dünya

Bu ölkə Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv seçildi

Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında Belarusun təşkilata tamhüquqlu üzvlüyü təsdiq edilib.

Publika.az xəbər verir ki, görüşdə ölkə liderləri Belarusun təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı sənəd imzalayıblar. İmzalanma mərasimindən sonra açıqlama verən Tokayev Belarus prezidenti Lukaşenkonu təbrik edib. Görüş mətbuata qapalı davam edib.

Görüş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ev sahibliyi etdiyi Müstəqillik Sarayında keçirilib. Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emomali Rəhmon, Belarus Prezidenti Aleksandr Lukaşenko, Pakistanın Baş naziri Şahbaz Şərif, İranın müvəqqəti prezidenti Məhəmməd Muhbir, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar iştirak ediblər.

Qeyd edək ki, 2001-ci ildə qurulan və Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın daxil olduğu təşkilata Belarusun da qoşulması ilə üzvlərin ümumi sayı 10-a yüksəlib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm