Vəzifəsini tərk edən Borrelldən tarixi etiraf: "Ən böyük peşmanlığım budur"
Bizi izləyin

Dünya

Vəzifəsini tərk edən Borrelldən tarixi etiraf: "Ən böyük peşmanlığım budur"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell 5 illik səlahiyyəti müddətində ən böyük təəssüfünün nə olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə İspaniyanın paytaxtı Madriddəki Amerika Evində təşkil edilən konfransda danışıb.

Borrell Netanyahunun Qəzzadakı hərəkətlərinin qarşısını ala bilmədiyi üçün peşman olduğunu bildirib. O, Avropa İttifaqının İsrailə təsir edə bilməyəcəyini və tək bir ölkəyə görə bu mövzuda birləşə bilməyəcəyini də iddia edib: "Aİ atəşkəs və daha sonra siyasi həll axtarışında birliyə nail ola bilmədi. Qəzza münaqişəsindəki parçalanmamız burada olmağımıza mane oldu. Ukrayna məsələsindəki birlik isə əksinə”.

Borrel Aİ-nin birlik içində olmadığı müddətcə nəzərə alınmayacağını bildirib: “Bu gün ittifaq, xüsusilə Ukrayna və Qəzza vasitəsilə vahid tək bir ölkə tərəfindən təhdid edilir. Qəzza zolağı bölündüyümüz zaman əsas geosiyasi oyunçu ola bilməyəcəyimizin ən böyük sübutudur. Ukraynada su və qida tədarükünün dayandırılmasını müharibə cinayəti kimi qınayırıqsa, bunu Qəzzada da etməliyik".

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm