İranda prezident seçkilərinin ikinci turu başladı
Bizi izləyin

Dünya

İranda prezident seçkilərinin ikinci turu başladı

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu üçün seçki məntəqələri açılıb.

Publika.az xəbər verir ki, iranlılar iki namizəd arasından yeni prezidenti seçəcəklər. Onlardan biri səsvermənin birinci turunun lideri, islahatçı Məsud Pezeşkiandır. İkincisi, birinci turun nəticələrinə görə Pezeşkiandan bir milyona yaxın az səs toplayan mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlilidir.

Xatırladaq ki, mayın 19-da prezident İbrahim Rəisinin vəfatından sonra İran hakimiyyəti növbədənkənar prezident seçkiləri elan edib. Ölkə konstitusiyasının 131-ci maddəsinə əsasən, yeni seçkilər prezidentin vəfatı və ya fəaliyyət qabiliyyətini itirməsi elan edildiyi və onun səlahiyyətlərinin birinci vitse-prezidentə keçdiyi gündən 50 gün ərzində keçirilməlidir. Bu gün bu vəzifəni Məhəmməd Moxber tutur.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm