Dünya mifologiyasında "Bozqurd"un yeri: Bu qəzəb nədəndir?
Bizi izləyin

Dünya

Dünya mifologiyasında "Bozqurd"un yeri: Bu qəzəb nədəndir?

Xəbər verdiyimiz kimi, Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya - Türkiyə matçında (1:2) dubl müəllifi olan Merih Demiralın qol sevinci zamanı "Bozqurd" işarəsi göstərməsi Avropada böyük səs-küyə səbəb olub.

Publika.az bildirir ki, UEFA Türkiyə millisinin futbolçusunu 2 oyunluq diskvalifikasiya edib.

"Bozqurd" simvolu ilə bağlı məsələyə gəlincə, qeyd edək ki, bu, türk mifologiyasında müqəddəs totemdir və göy üzünü təmsil edir. Aypara-Turan taktikasını ilk dəfə türklər qurdların həyatından nümunə götürərək işlədiblər. Qurd kimi ac qalmaq, qüvvətli, döyüşkən və mübariz olmaq haqqında bir çox məsəllər, atalar sözləri də var.

Hətta Göytürk xaqanlığı dağıldıqdan sonra Çin imperatorları xanlıq mərasimlərində türk boylarına qurd başlı bayraq və nağara hədiyyə ediblər.

İçərisində canavarın da olduğu "Qırmızı papaq" heykəli ən məşhur heykəllərdən biridir. Bu, təkcə Berlində, Frankfurtda, Buenos Ayresdə deyil, hətta Barselonada da var. Bu canavar heykəli katalon heykəltəraşı Xosep Tenasın 1921-ci ildə Qabriel Beçini ilə birgə yaratdığı nadir əsərlərdən biridir.

İtaliyanın San Giovanni di Timavo kəndində 76-cı və 77-ci Piyada Alaylarına həsr olunmuş və “Toskana Briqadası” kimi tanınan “Toskana qurdları” abidəsinin də milyonlarla ziyarətçisi var.

Qərb ədəbiyyatının, kinosunun, hətta teatrının simvolu olan “Bozqurd” haqqında yüzlərlə film, hekayə və roman var. Məhz bu səbəbdən də Merih Demiralın “Bozqurd” işarəsi göstərməsinin xaosa səbəb olması sual yaradır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm