Fövqəladə vəziyyət elan edildi: “Daha pisinə hazır olun”
Bizi izləyin

Dünya

Fövqəladə vəziyyət elan edildi: “Daha pisinə hazır olun”

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) 4-cü səviyyəli Beril qasırğasının Karib hövzəsinə doğru getdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Berilin son dərəcə təhlükəli bir kateqoriya olan və maksimum küləyin sürəti saatda 209 kilometrə çatan 4-cü səviyyəli qasırğaya çevrildiyi təyin edilib.

Bazar ertəsi səhər saatlarından etibarən Vindvard adalarında təhlükəli küləklər və fırtına dalğası gözlənilir.

Bəyanatda deyilir: “Beril qasırğasının son dərəcə təhlükəli böyük qasırğa olaraq qalacağı gözlənilir. Bu, çox təhlükəli vəziyyətdir. Bu ərazilərdə yaşayan sakinlər hər hansı hazırlıq və ya evakuasiya əmri üçün yerli hökumətin, fövqəladə hallar idarəsinin rəsmilərini dinləməlidirlər. Beril qasırğasının təsiri bütün həftə davam edə bilər”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm