Zalujnı bu ölkədə səfir olacaq
Bizi izləyin

Dünya

Zalujnı bu ölkədə səfir olacaq

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı iyulun 10-dan Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsində işə başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.

Mayın 9-da Vladimir Zelenski keçmiş baş komandanı Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edib. Ukraynanın “Qlavkom” nəşrinin iyulun 4-də verdiyi məlumata görə, Zalujnı Böyük Britaniyaya gedib və tezliklə Ukraynanın səfiri kimi öz vəzifələrini yerinə yetirməyə başlayacaq.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm