Dünya
Ölkəni etirazlar bürüdü, universitetlər qeyri-müəyyən müddətə bağlandı
Banqladeş səlahiyyətliləri bu həftə ən azı altı nəfərin həlak olmasına və onlarla insanın yaralanmasına gətirib çıxaran tələbələrin dövlət vəzifələrinə kvota sisteminə qarşı etirazlarından sonra çərşənbə günündən bəri qeyri-müəyyən vaxta bütün dövlət və özəl universitetlərin bağlandığını elan ediblər.
Publika.az xəbər verir ki, Cənubi Asiya ölkəsini bir neçə həftə ərzində 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda müharibədə iştirak etmiş veteran ailələrinin üzvləri üçün 30 faiz bron daxil edən dövlət sektorunda iş yerlərinə kvotalara qarşı etirazlar bürüyüb. Bu, gənclər arasında yüksək işsizlik səviyyəsi ilə üzləşən tələbələr arasında qəzəbə səbəb olub, çünki 32 milyona yaxın gənc banqladeşli işləmir və oxumur. Etirazlar zorakılığa çevrilib. Polis etirazçıları dağıtmaq üçün rezin güllələr və gözyaşardıcı qaz tətbiq edib.
Səlahiyyətlilər asayişi qorumaq üçün polis qüvvələrini, eləcə də Banqladeşin Sərhəd mühafizəsinin hərbiləşdirilmiş dəstələrini bütün ölkə üzrə universitet şəhərciklərində yerləşdiriblər.
İyulun 16-da gecə saatlarında universitet qrantları üzrə komissiya bütün universitetlərə fəaliyyətini dayandırmaq əmri verib, təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq tələbələrdən binaları dərhal boşaltmaq tələb olunub. Orta məktəblər, kolleclər və digər təhsil müəssisələri də bağlanıb.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir