Dünya
ABŞ Cənubi Kiprdə yeni baza açdı: Kimə qarşı?
Cənubi Kipr Rum Administrasiyasının müdafiə naziri Vasilis Palmasın inşasının davam etdiyini açıqladığı vertolyot bazasında ABŞ ordusuna məxsus helikopterlərin də yerləşdiriləcəyi iddia edilib.
Publika.az xəbər verir ki, Palmas bu barədə “Politis” qəzetinə müsahibə verib. Lakin o, bazadan kimin istifadə edəcəyi barədə məlumat verməyib.
Kipr Rum Administrasiyası mətbuatı isə bazanın ABŞ-a veriləcəyini və Amerika ordusunun burada nəqliyyat, logistika sahələrində istifadə etmək üçün “Çinuk” tipli vertolyotlar yerləşdirəcəyini yazıb.
Həmçinin Cənubi Kipr Rum Administrasiyasının ABŞ-la imzalanan "strateji əməkdaşlıq" müqaviləsində Larnakdakı helikopter bazasına dair razılığa gəlindiyi də bildirilib.
Xatırladaq ki, ABŞ ötən ilin noyabrında Şərqi Aralıq dənizində helikopterlərindən birinin qəzaya uğradığını və qəzada 5 xüsusi təyinatlı əsgərin öldüyünü açıqlamışdı.
Helikopterin Kipr sahillərindən 30 mil aralıda qəzaya uğradığı müəyyən edildikdən sonra ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasında gizli helikopter bazası saxlaması ilə bağlı müzakirələr yenidən alovlanıb.
Roza Şəfiyeva
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?