Dünya
Antigey qanunu prezidenti çətin vəziyyətə saldı
Uqanda parlamenti 2015-ci ilin əvvəlinə kimi yeni antigey qanunu qəbul etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, “Röyters” xəbər agentliyinə parlamentdəki mənbə bildirib.
Yeni qanun bir il əvvəl qəbul edilmiş, amma 2014-cü ilin avqustunda Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş qanunun düzəldilmiş versiyası olacaq.
Oktyabr ayında Uqanda prezidenti Yoveri Museveni bildirmişdi ki, antigey qanunun qəbulu üçün təkrar cəhd Qərbin ticarət sanksiyalarını doğura bilər. Ekspertlərin fikrincə, prezident çətin vəziyyətdədir, çünki o, mühafizəkar seçicilərlə Qərb partnyorları arasında seçim etməli olacaq. Məlumata görə, Qərb partnyorların yardımları Uqandanın dövlət büdcəsinin 20 faizini təşkil edir.
Qanunun 2013-cü ilin dekabrında qəbul edilmiş əvvəlki versiyası geylərlə cinsi yaxınlığa görə uzunmüddətli, hətta ömürlük həbs cəzası nəzərdə tuturdu.
Homoseksuallıq üçün cəzalar haqqında qanun layihəsi hələ 2009-cu ildə təklif edilmişdi. Həmin vaxt maksimal cəza olaraq ölüm cəzasının daxil edilməsi təklif olunurdu. Amma qanun layihəsinin qəbulu Qərb hüquq müdafiəçiləri və siyasətçilərin tənqidinə görə təxirə salınmışdı.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...