Dünya
Zelenski: Dünya Rusiyanı Sülh Sammitində görmək istəyirsə...
Əksər dünya ölkələri Rusiyanın ikinci Sülh Sammitində iştirakını istəyirsə, Ukrayna bu təşəbbüsə qarşı çıxa bilməz.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa mətbuatına müsahibəsində deyib.
"Bu gün dünyanın əksəriyyəti deyir ki, ikinci Sammitdə Rusiya nümayəndələri olmalıdır, əks halda güclü nəticələr əldə edə bilmərik. Çünki Rusiya Ukraynaya qarşı döyüşür və bu müharibənin tərəfləri bunlardır və ona görə də bütün dünyanın ikinci Sammitdə Rusiya nümayəndələrinin olmasına ehtiyacı var”, – Ukrayna lideri söyləyib.
Zelenski xatırladıb ki, Ukrayna sülh formulu əsasında plan formalaşdırmağa hazırlaşır. Prezidentin sözlərinə görə, o, diplomatlara sənədi noyabrda hazırlamağı tapşırıb. Tərəfdaşlara da müvafiq xahişlə müraciət edilib.
Dövlət başçısı vurğulayıb ki, sülh planı Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və s. məsələləri əhatə edəcək.
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?