Dünya
Ölüm Vadisi tarixinin ən isti ayını yaşayır
Planetin ən isti yeri olan Ölüm Vadisində iyul ayında rekord səviyyəyə çatan temperatur qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Park Xidməti (NPS) məlumat yayıb.
NPS cümə günü verdiyi açıqlamada, parkda gün ərzində orta temperaturun 42,5 dərəcə Selsi olduğunu və 2018-ci ildə müəyyən edilmiş (42,3 dərəcə) rekordu üstələdiyini söyləyib.
İyulda Ölüm Vadisində orta maksimal temperatur 49,9 dərəcəyə çatıb. Parkda 51,7 dərəcə və ya daha yüksək temperatur doqquz gün, lakin 48,8 dərəcədən aşağı temperatur cəmi yeddi gün müşahidə edilib. Qeydə alınan ən yüksək temperatur iyulun 7-də, "Furnace Creek"dəki meteoroloji stansiyada qeydə alınıb - 54 dərəcə.
“Biz indicə Yer kürəsinin ən isti yerinin tarixinin ən isti ayını yaşadıq! Ən isti 10 ildən 6-sı son 10 ildə baş verib”, - Parkın nəzarətçisi Mayk Reynolds bildirib.
O əlavə edib ki, qlobal temperatur yüksəlməyə davam etdikcə bu cür rekordlar adi hala çevrilə bilər. Park ziyarətçiləri yay aylarında həddindən artıq istilərə hazır olmalıdırlar.
Hüseyn İbadlı
-
Ekologiya12:55
Sabah Azərbaycana qar yağacaq - PROQNOZ
-
Dünya12:45
Günlərlə Yer kürəsini silkələyən seysmik siqnalın sirri çözüldü - Bizi hansı fəlakətlər gözləyir?
-
Kriminal11:55
Narin buna görə öldürülüb - Mümkün ssenari
-
Qoroskop11:00
İlin ən təhlükəli dövrü barədə astroloqlardan TÖVSİYƏLƏR
-
İdman10:48
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırıldı
-
İKT09:24
Ölkədə bu xidmətlərin qiyməti artdı
-
Sosial09:12
Əhaliyə PİS XƏBƏR: qiymətlər kəskin artacaq, bundan sonra...
-
Magazin109:00
“Bu gün 1677 yaşım tamam oldu”