Dünya
Banqladeşə o rəhbərlik edəcək: 84 yaşı var
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib.
Publika.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” yazır.
84 yaşlı Yunusun təyin edilməsi barədə qərar dövlət başçısı Şahabuddin Çupunun avqustun 6-da axşam saatlarında “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının rəhbərləri ilə görüşündən sonra qəbul edilib. Sözçü əlavə edib ki, müvəqqəti hökumətin yekun tərkibi müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra müəyyənləşəcək.
Avqustun 6-da “The Daily Star” qəzeti yazıb ki, Yunus Banqladeşin müvəqqəti hökumətinin baş məsləhətçisi olmağa razılaşıb. "Agence France-Presse"ə müsahibəsində o, müvəqqəti hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib. O, həmçinin qeyd edib ki, ona bu təklifi edən “mitinq iştirakçılarının etimadı onu təsirləndirib”.
Adəm Abbaslı
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO