Dünya
Makron İranı təmkinli olmağa çağırdı
İran prezidenti Məsud Pezeşkian və Fransa prezidenti Emmanuel Makron arasında Yaxın Şərqdəki vəziyyətlə əlaqədar telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə İran Prezident Aparatı məlumat yayıb.
Telefon söhbətində İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran regionda və dünyada sülh, stabillik və təhlükəsizliyin yaradılması, gərginlik, destabillik və müharibənin qarşısının alınmasına çalışır.
Pezeşkian əlavə edib ki, İran beynəlxalq sülh və təhlükəsizliyin bərpa olunması və müharibədən çəkinməyi özünün əsas prinsiplərindən biri hesab edir. Lakin beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.
Telefon söhbətində Fransa prezidenti Emmanuel Makron da Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. İran Haniyənin ölümündə İsraili ittiham edir.
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO