Dünya
Bir ayda 123 nəfər istidən həyatını itirdi
Ötən ay Yaponiyanın paytaxtı Tokioda davamlı istilər 123 nəfərin həyatına son qoyub.
Publika.az xəbər verir ki, ölənlərin çoxu yaşlı insanlardır.
Ötən ay yüksək hərarət nəticəsində Tokioda 37 mindən çox insan günəş vurması səbəbindən xəstəxanalara yerləşdirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyul ayında ölkə üzrə orta temperatur rekord dərəcədə yüksəlib. Ölkənin əksər prefekturalarında istilik xəbərdarlığı elan edilib. Havanın temperaturu son 30 ilin orta göstəricisindən 2,16 dərəcə yüksək olub. Həmçinin ötən ay Yaponiya Meteorologiya Agentliyinin müşahidələrə başladığı 1898-ci ildən bu yana ən isti iyul olub. Tokionun mərkəzində havanın temperaturu 34 dərəcəyə çatıb.
Meteorologiya agentliyi avqust ayında da istilərin davam edəcəyini, temperaturun isə 35 dərəcə və daha yüksək olacağını proqnozlaşdırır.
-
İdman05:15
UEFA “Real”a sanksiya tətbiq edə bilər
-
Sağlamlıq03:35
Daha öncə koronavirusa yoluxanlar təhlükədədir: Yeni variant gəlir
-
İKT02:43
"WhatsApp"da daha bir YENİLİK
-
Sosial02:19
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
Qoroskop00:40
Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir
-
Ekopublika.az00:25
Dollar ucuzlaşacaq? - İllər sonra ilk dəfə...
-
Dünya18 Sentyabr 23:27
Durovun keçmiş xanımı "Telegram"ın yarısını tələb edir: "Nikahımız rəsmi olmasa da..."
-
Dünya18 Sentyabr 22:36
Livanda rabitə cihazları yenə partladı: ölü və yaralı sayı artdı - YENİLƏNDİ