Putin Arktika komandanlığının yaradılması barədə qərar verdi
Bizi izləyin

Dünya

Putin Arktika komandanlığının yaradılması barədə qərar verdi

Rusiya prezidenti Vladimir Putin yeni strateji komandanlığın yaradılması haqqında qərar verib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Şimal donanması əsasında yaradılmış yeni struktur Arktika güclərini idarə edəcək və 1 dekabr 2014-cü ildən fəaliyyətə başlayacaq.

Yeni komandanlığın tərkibinə qütb regionundakı bütün dəniz, hava və quru gücləri daxil ediləcək. Yeni strukturun yaradılması haqqında qərarını müdafiə-sənaye kompleksi məsələləri üzrə keçirilən müşavirədə elan edən dövlət başçısı həmçinin Krımda Rusiya qoşunlarının formalaşması prosesinin davam etdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm