Dünya
Moskva-Paris xəttində “Mistral” qalmaqalı: Fransa məhkəmə ilə hədələndi
Rusiya “Mistral” hərbi gəmilərini ona çatdırmaqdan imtina edən Fransanı məhkəmə ilə hədələyib.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, belə bir hədə ilə Rusiya Federasiyas müdafiə nazirinin müavini Yuri Borisov çıxış edib.
Onun sözlərinə görə, Fransa müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yerməyəcəyi halda Rusiya cərimə sanksiyalarınının tətbiqi tələbi ilə məhkəməyə müraciət edəcək. Nazir müavini qeyd edib ki, Rusiya tərəfinin davranışı imzalanmış müqavilə ilə tənzimlənib.
Bundan əvvəl isə Yelisey sarayının mətbuat xidməti prezident Fransua Ollanda bəyanatını yayıb. Bəyanatda göstərilir ki, Paris Moskvanın sifariş etdiyi “Mistral” hərbi gəmilərdən birincisini Ukraynanın şərqindəki vəziyyətlə əlaqədar çatdıra bilmir.
Xatırladaq ki, Fransa və Rusiya arasında iki “Mistral” tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. “Vladivostok” gəmisinin bu ayın 24-də, “Sevastopol” gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulurdu.
Ekspertlər qeyd etdilər ki, gəmilərin çatdırılması şərtlərinin yerinə yetirilməyəcəyi halda Fransanı 251 milyon avro cərimə gözləyə bilər.
Ömər Dağlı
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi