Dünya
Dünya müharibəsinə doğru bir addım: Mask ABŞ-ın Ukraynaya icazəsini təhlükəli hesab edir
"X" sosial şəbəkəsində istifadəçilərdən biri "hiss edirəm, üçüncü dünya müharibəsi çoxdandır başlayıb və davam edir, lakin səlahiyyətlilər bu barədə məlumat verməkdən imtina edir", - deyə yazıb.
Publika.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask həmin istifadəçiyə cavab yazıb. O deyib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərində zərbələr endirməyə icazə verərsə, bu, yeni dünya müharibəsinə doğru bir addım olacaq.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Kiyevə səfəri zamanı Qərb istehsalı olan uzaqmənzilli raketlərlə Rusiyaya zərbələr endirilməsi mövzusu müzakirə olunub.
"ABC News"un Ukrayna prezidentinin adı açıqlanmayan köməkçisinə istinadən verdiyi məlumata görə, iclasda Ukrayna Silahlı Qüvvələrinin ABŞ silahlarını Rusiyanın dərinliklərinə endirməsi ehtimalı ilə bağlı heç bir qərar qəbul edilməyib.
Kreml isə hesab edir ki, Qərb artıq Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək qərarını verib və indi bunu media vasitəsilə rəsmiləşdirməyə çalışır. Prezidentin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib ki, Rusiyanın cavabı adekvat olacaq.
Adəm Abbaslı
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO
-
Qoroskop00:50
Günün qoroskopu: planlarınızı dəyişməli olacaqsız
-
İdman14 Oktyabr 22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya14 Oktyabr 21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya14 Oktyabr 20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə