ABŞ İsrailə 164,6 milyonluq hərbi avadanlığın satışına icazə verdi
Bizi izləyin

Dünya

ABŞ İsrailə 164,6 milyonluq hərbi avadanlığın satışına icazə verdi

ABŞ Dövlət Departamenti İsrailə 164,6 milyon dollar dəyərində hərbi sahədə istifadə olunacaq müvafiq avadanlıqların satışına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail hökumətinin tələbi ilə Xarici İşlər Nazirliyi ağır yükdaşıyan tank qoşqularının və müvafiq avadanlıqların satışına icazə verib. Bu təsdiqi bildirən lazımi sertifikat da Konqresə göndərilib.

Açıqlamada çatdırılmaların 2027-ci ildə başlayacağı gözlənildiyi qeyd edilib. Bildirilir ki, satışa böyük tutumlu tank qoşquları, ehtiyat və təmir hissələri, alətlər və sürücü dəstləri, texniki sənədlər və logistika proqramı dəstəyi kimi elementlər daxildir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm