Yaxın Şərq
Səhiyyə naziri üzücü xəbəri ELAN ETDİ: ölənlərin sayı artır
Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı Yaxın Şərq ölkəsinin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyada istinadən bildirib.
Məlumata görə, 11 nəfərin ölümü ilə yanaşı 4 mindən çox insanın yaralanması qeydə alınıb.
Daha sonra nazir 400 yaralının ağır vəziyyətdə olduğunu açıqlayıb.
xxx
"Livanın müxtəlif ərazilərində peycerlərin partlaması İsrailin kiberhücumuna görə baş verib".
Publika.az xəbər verir ki, bu barədə Livan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Livan Xarici İşlər Nazirliyi ölkənin müxtəlif bölgələrində çoxlu sayda peycerin partlamasına səbəb olan İsrailin kiberhücumunu qətiyyətlə pisləyir", - bəyanatda deyilir.
Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində minlərlə vətəndaş xəsarət alıb, 8 nəfəri xilas etmək mümkün olmayıb.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Nəticədə ən azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və "Hizbullah" liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb.
Livanın Səhiyyə Nazirliyi xəstəxanaları təcili rejimə keçməyə çağırıb.
İlkin məlumatlara görə, partlayışlar İsrail kəşfiyyat xidmətlərinin "Hizbullah" üzvlərinin peycerlərinə kiberhücum etməsi nəticəsində baş verib. Qapalı kanalda mesaj göndərildikdən sonra qurğular partlaya bilər.
Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail təcavüzü” adlandırıb. Hizbullah hadisənin şərtləri ilə bağlı təfərrüatlı araşdırmaya başladığını bildirib .
Hüseyn İbadlı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?