Batan "Titan" batiskafının ekipajının SON MESAJI ÜZƏ ÇIXDI
Bizi izləyin

ABŞ

Batan "Titan" batiskafının ekipajının SON MESAJI ÜZƏ ÇIXDI

Atlantik okeanın şimal qütbündə suyun altına dalan zaman batan "Titan" batiskafının (sualtı qayıq) heyəti qəzadan əvvəl "hər şey qaydasındadır" siqnalı verib.

Publika.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

"ABŞ Sahil Mühafizəsi müstəntiqlərinin fikrincə, bu, "Titan" ilə onun gəmisi arasında əlaqə həmişəlik kəsilməmişdən əvvəl qurulan son rabitələrdən biri idi", - məlumatda deyilir.

Jurnalistlər qeyd ediblər ki, son mesajla bağlı məlumatlar ABŞ federal agentliyi tərəfindən davam edən araşdırma zamanı açıqlanıb. Telekanalın mənbələri qeyd ediblər ki, işin məqsədi baş verənlərlə bağlı faktları üzə çıxarmaq, eləcə də gələcəkdə oxşar halların qarşısının alınması üçün tövsiyələr hazırlamaq olub.

Batiskaf 2023-cü ilin iyununda yoxa çıxıb. Sualtı qayıqda “Titanik”in qalıqları arasında enən beş sərnişin olub. Faciənin səbəbi yüksək təzyiq, mümkün depressurizasiya və sonrakı partlayış - içəriyə doğru yönəldilmiş partlayış olub.

Sentyabrın 17-də ABŞ səlahiyyətliləri "Titan" batiskafının qalıqlarının ilk fotoşəkillərini nümayiş etdiriblər. Batan sualtı qayığın arxa hissəsini əks etdirən fotoşəkillər qəzadan sonra dördüncü gündə çəkilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm