Sosial
Dollar ucuzlaşır - Yanvar ayından bəri ən aşağı səviyyədə
ABŞ Mərkəzi Bankının (FED) bu həftə faiz dərəcələrini 0,50 faiz bəndi azaldacağına dair gözləntilərin artması fonunda dollar yanvar ayından bəri ən aşağı səviyyəsini görüb.
Publika.az xəbər verir ki, dünən Bloomberg Dollar İndeksi 0,4 faiz azalaraq yanvarın 12-dən bəri ən aşağı səviyyəyə düşüb. Bəzi valyutalar, xüsusən də Yapon yeni möhkəmlənib.
Swaplar keçən həftə federal maliyyələşdirmə dərəcəsində 0,50 faiz bəndi endiriminə qiymət verməsə də, bu həftə 0,50 faiz bəndi azalma ehtimalı təxminən 50 faiz səviyyəsindədir.
Dollar ötən ay bir çox mühüm valyutalar qarşısında dəyər itirib. Yapon yen yüksəlişini davam etdirib və 140 səviyyəsini aşıb.
Analitiklər bildirir ki, FED-in qarşıdan gələn endirim dövrü üçün hazırlıqları dollarda böyük sıxıntıya səbəb olacaq. Fed-in yumşaq pul siyasəti və gələn il maliyyələşdirmə dərəcəsini neytral səviyyəyə endirməsi ilə dollar tsiklik ucuzlaşmağa başlayacaq.
Bazarlar Fed rəsmilərinin 17-18 sentyabrda keçiriləcək iclasından əvvəl pərakəndə satış məlumatları da daxil olmaqla, bu həftə açıqlanacaq məlumatları da nəzərə alacağını gözləyir.
Bu həftə FED-in faizlərini azı 0,50 bənd azaldacağı gözlənilir.
Bazarlarda dolların daha da ucuzlaşacağı gözləntiləri var. Bloomberg-in apardığı sorğuya görə, gələn il avro, yen, Kanada və Avstraliya dollarının dollar qarşısında bahalaşacağı gözlənilir.
Bloomberg Dollar Spot Index (BBDXY) ABŞ valyutasının 10 qlobal valyutadan ibarət səbətin qarşısında performansını izləyir. (Marja)
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?