Şimali Koreya daha bir raket buraxdı
Bizi izləyin

Dünya

Şimali Koreya daha bir raket buraxdı

Şimali Koreya ikinci raketini buraxıb.

Publika.az xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, raket artıq dənizə düşüb.

Bundan bir qədər əvvəl NHK yayım korporasiyası Şimali Koreyanın Yaponiyaya doğru ballistik raket atdığını iddia etmişdi.

Yaponiya rəsmilərinin sözlərinə görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm