Ekopublika.az
Rusiyanın tikinti şirkətləri Azərbaycana gəlir
Rusiya tikinti sənayesi şirkətləri Azərbaycana işgüzar missiya ilə gələcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.
Rusiya tikinti sənayesi şirkətləri RİM-in dəstəyi ilə Azərbaycana biznes missiyası ilə gələcək. Oktyabrın 3 və 4-də Bakıda iki gün ərzində 20-yə yaxın rusiyalı istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.
Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Bakıda müasir tikinti materialları və avadanlıqları, tikinti və dizayn üçün innovativ layihələr və həllər təqdim edəcək.
Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq büroları var.
Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, Rusiya və Azərbaycanın inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər.
-
Magazin101:11Elnarə Abdullayevadan tənqidlərə cavab: "Ağıllı ol"
-
İdman00:30Tanınmış baş məşqçi vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ulduz falı - Keçmişə dair xatirələr canlana bilər
-
Yaxın Şərq7 Aprel 23:12Tehrandakı sinaqoq bu səbəbdən vurulub - İDF-dən AÇIQLAMA
-
Sosial7 Aprel 23:00Tiktokerin videogörüntüləri ilə bağlı müəmma...
-
Banklar 7 Aprel 22:12Azərbaycanda bu kredit portfeli böyüdü
-
Region7 Aprel 21:36Dağıstan ekoloji təhdidlə üz-üzə - Növbəti dalğa gəlir
-
Magazin17 Aprel 21:12Hüseyn Moskvadakı mənzilini bir qutu “biskvit”ə satdı




































