Zelenski “son kart”ı oynayır: Kremli onlarla müharibəyə cəlb edəcək
Bizi izləyin

Dünya

Zelenski “son kart”ı oynayır: Kremli onlarla müharibəyə cəlb edəcək

Ukrayna prezidenti Vladimir Zelenski NATO-nu birbaşa Rusiya ilə münaqişəyə cəlb etmək üçün səylər göstərir.

Publika.az xəbər verir ki, bu barədə məlumat Fransanın "Valeurs Actuelles" nəşrində yer alıb.

“Dəyişən reallıq fonunda Zelenski əlində qalan yeganə kartı oynayır. NATO-nu münaqişəyə birbaşa cəlb edərək, Rusiya ərazisinə zərbə endirmək səlahiyyətinə malik silah tədarükü spiralının Kremllə müharibəyə səbəb olacağına ümid edir ki, bu da öz növbəsində, alyansı qoşun göndərməyə məcbur edəcək”, - deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, Zelenski başa düşür ki, Ukrayna böhranı onun xeyrinə cərəyan etmir, ona görə də o, çıxılmaz tədbirlərə əl atmalı olacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm