Dünya
Narin belə öldürülübmüş - Şok detallar
Diyarbəkirdə itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi bəlli olub.
Publika.az xəbər verir ki, məhkəmə tibbi ekspertiza tərəfindən aparılan araşdırmada onun boğularaq öldürüldüyü müəyyən edilib.
Narinin yarılması zamanı 91 nümunə götürülüb. İlkin yarılma sənədinə əsasən, nümunələr hər hansı cinayəti, o cümlədən sui-istifadəni üzə çıxaracaq şəkildə götürülüb.
Məhkəmə tibb ekspertlərinin ilk təəssüratlarında uşağın bədənində ciddi parçalanmanın başladığı müəyyən edilib. Həmçinin görünən kəsik və ya güllə yarasının olmadığı bildirilib.
Vurğulanıb ki, cəsədin çürüməsi səbəbindən ölüm vaxtı ilə bağlı dəqiq açıqlama verilə bilməz. Nümunələrin bəziləri İstanbul Ədliyyə Tibb Qurumuna göndərilib.
Narinin necə və nə vaxt öldürüldüyü, neçə gün su altında qaldığı, öldürülməzdən əvvəl cinsi zorakılığa məruz qalıb-qalmaması, bədənindəki sümüklərin necə qırıldığı kimi suallara yarılma hesabatı ilə aydınlıq gətiriləcək.
Roza Şəfiyeva
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI