"Neftçi" Qara Qarayevi göndərdi: Bu qədər təzminat qarşılığında
Bizi izləyin

İdman

"Neftçi" Qara Qarayevi göndərdi: Bu qədər təzminat qarşılığında

"Neftçi" uzun müddətdir yolları ayırmaq üçün danışıqlar aparıdığı yarımmüdafiəçi Qara Qarayevlə, nəhayət anlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" baş məşqçi Roman Qriqroçukun əsas komandada görmək istəmədiyi və idman şöbəsi tərəfindən əvəzedici heyətə göndərilən 31 yaşlı futbolçuya təzminat ödəyəcək.

Paytaxt klubu Qarayevlə müqaviləyə xitam vermək üçün 100 min manat təzminat ödəməyə razılıq verib. "Neftçi" tezliklə ayrılığı rəsmən açıqlayacaq.

Qara Qarayev 2023-cü ilin yayında "Qarabağ"dan azad agent statusu ilə ayrılaraq "Neftçi" ilə 2 illik anlaşmışdı. Böyük ehtimalla, onun yeni klubu Ağdam təmsilçisindən və millidən komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərlik etdiyi "Zirə" olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm